Dünyanın ən bahalı evi satışa çıxarılıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İtaliyanın paytaxtı Romada 16-cı əsrdə inşa edilən və 471 milyon avro dəyərində olan “Villa Aurora” satıla bilməyib.
Bildirilir ki, villa aprel ayında 20% endirimlə yenidən hərraca çıxarılacaq.
Qeyd edək ki, evin satışına bir çox italyanlar qarşı çıxıb. Onlar bu villanın Mədəniyyət Nazirliyi tərəfindən alınmasını tələb edirlər.
Həmin möhtəşəm evin görüntülərini təqdim edirik.