Mütəxəssislər qabyuyan maşına bəzi əşyaların qoyulmamasını məsləhət görür.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bütün çirkli qabları və müxtəlif mətbəx qablarını qabyuyan maşına qoymaq həmin əşyalara zərər verə bilər.
1. Taxta məmulatlar
Taxta mətbəx ləvazimatları və kəsici lövhələr qabyuyan maşında qırıla bilər. Bunun qarşısını almaq üçün taxta əşyaları əl ilə yumaq məsləhətdir.
2. Yapışmayan qazan və tavalar
Qabyuyan maşına yapışmayan qazan və tavaların qoyulması onun örtüyü zədələyə bilər.
3. Keramika qablar
Keramika qabları yemək üçün istifadə etdikdən sonra onları yumşaq yuyucu vasitələrlə yumaq məsləhətdir.