Az qulluq istəyib çox yaşayan bitkilər  - FOTOLENT
19 noyabr 2021 01:22 (UTC +04:00)

Az qulluq istəyib çox yaşayan bitkilər - FOTOLENT

Yayda olduğu kimi, qışda da evinizdə asanlıqla bitki yetişdirə bilərsiniz.

Lent.az sizə uzun müddət yaşayan, baxımı çox asan, xüsusilə qışda evinizdə böyüdə biləcəyiniz 6 bitkini təqdim edir.

1. Divar sarmaşığı

Bu bitki əsasən Avropa və Cənubi Asiya ölkələrində bitən sarmaşıq növüdür. Bu sarmaşıq sizin otaq yoldaşınız ola bilər. Sərin mühitdə illərlə yaşaya bilər, buna görə də sarmaşıqları pəncərəyə asmağı unutmayın.

2.  Aqlaonema

Çin həmişəyaşıl bitkilərindən biridir. Onların vətəni Asiyanın və Yeni Qvineyanın tropik və subtropik bölgələridir. Davamlı olaraq sulanmaq tələb etmir. Öz su ehtiyacını ödəyən bitkidir.

3. Beqoniya

Yaşıl və çəhrayı rəngləri olan beqoniya, evdə baxılmağa uyğun bir çiçək növüdür. Bu çiçəkli bitki sizə baharı xatırladacaq.

4. Lent çiçəyi 

Çox da qulluq tələb etməyən bitki növlərindəndir. NASA-ya görə, bu bitki havadakı tozları və formaldehit, ksilen və tolüen kimi kimyəvi maddələri canına çəkərək mühitdəki havanı təmizləyir. Bitki ev üçün çox münasib çiçəklərdən hesab olunur.

5. Peperomiya

Ofis üçün mükəmməl çiçəkdir və yalnız flüoresan işıqlar altında böyüyə bilər. Vətəni Amerika tropik və subtropik olan peperomiya çiçəyinin təbiətdə 1000-dən çox növü var. Peperomiyanın hündürlüyü 15 ilə 50 sm arasında dəyişir, yarpaqları böyük, ətli, tünd zümrüd və ya yaşıl-qəhvəyi rəngdədir.

6. Yelkənli çiçək

Sülh çiçəyi kimi tanınan bu bitki otağın havasının daha təmiz olmasında da böyük rol oynayır. Qış aylarında həftədə 1-2 dəfə suvarılsa kifayətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2916
avatar

Sevinc Fərid

Oxşar yazılar