Saxlanılan şəxslər
15 iyun 2021 14:07 (UTC +04:00)

Saxlanılan şəxslər

XÜSUSİ ƏMƏLİYYAT: Sedat Pekerin 25 adamı tutuldu - VİDEO

Türkiyədə qruplaşma lideri Sedat Pekere qarşı xüsusi əməliyyatlar keçirilib.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyə polisi Sedat Pekerin bağlantıları olan 4 qəsəbədə 2 əməliyyat keçirib. Nəticədə 25 nəfər saxlanılıb.

Əməliyyatlar zamanı 6 ədəd sənədsiz tapança, 8 ədəd sənədsiz tüfəng, 1000-dən çox patron, 203 psixotrop dərman, narkotik vasitə, üzərində “Sedat Abi” yazısı olan 2 videokaset, Sedat Pekerin fotolarından ibarət albom, cinayətdən əldə olunduğu iddia edilən 24 850 türk lirəsi (təxminən 5 min manat) və s. digər əşyalar maddi sübut kimi götürülüb.

Saxlanılanlardan bir neçəsi həbs olunub. 18 nəfər isə şərti qaydada sərbəst buraxılıb.

Araşdırmalar davam etdirilir.

# 1893
avatar

Mehman Nəbiyev

Oxşar yazılar