Ukrayna hakimiyyəti Tacikistanın qaçqın vəziyyət yaşayan keçmiş baş naziri Əbdülmalik Abdullacanovu ölkəsinə verməkdən imtina edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Ukrayanın Baş Prokurorluğunun mətbuat xidməti bildirib: «Abdullacanov Tacikistana ekstradisiya edilməyəcək».
O, Tacikistan prezidenti İmaməli Rəhmana «sui-qəsddə» ittiham olunur.Rəsmi Düşənbə beynəlxalq axtarış elan edib.Keçmiş hökumət başçısna qarşı irəli sürülən ittihamlar təsdiqlənərsə, o zaman əmlakı müsadirə olunmaqla ona 20 il iş kəsilə bilər.
Ə.Abdullacanov bu il fevralın əvvəlində Kiyevdə «Borispol» hava limanında saxlanılıb.
Cari ilin martında isə Beynəlxalq Əfv Təşkilatı onun Düşənbəyə verilməməsi ilə bağlı Ukrayna hakimiyyətini müraciət edib.