Şəmkirdə həkimin idarə etdiyi  avtomobil ağaca çırpıldı -  Ölənlər var -YENİLƏNİB
14 sentyabr 2025 11:24 (UTC +04:00)

Şəmkirdə həkimin idarə etdiyi avtomobil ağaca çırpıldı - Ölənlər var-YENİLƏNİB

1

Şəmkirdə minik maşının ağaca çırpılması zamanı ölənlərdən biri həkimdir.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəzada ölən "Hyundai"ın sürücüsü 1990-cı il təvəllüdlü Kənan Çobanlı stomatoloq olub.

Kənan Çobanlı Şəmkirdə yerləşən Memorial Hospitalda çalışıb.

Qeyd edək ki, qəzada avtomobildə olan sərnişin 1991-ci il təvəllüdlü S. Məmmədov da həyatını itirib.

Qəzaya düşənlər toydan qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

***

saat 11.05

Xəbərə foto əlavə edilib. 

***

saat 10.01

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yol kənarında ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

saat 00.21

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1 nəfər hadisə yerində ölüb.

Qəzadan sonra avtomobil deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə hissəsinin  yanğınsöndürən-xilasediciləri cəlb olunub.

1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilsə də onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1504

Oxşar yazılar