Türkiyə həkimləri daha bir uğura imza atıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, tarixdə ilk dəfə onlar uğurla uşaqlıq köçürüb.
Mənbənin bildirdiyinə əsasən, həmin orqan köçürülmüş qadın hamilə qalıb.
Tarixdə ilk dəfə 2011-ci ildə Türkiyə həkimlərinin həyata keçirdiyi belə cərrahiyyə əməliyyatı uğursuzluğa uğramışdı. Həmin qadın vəfat etmişdi.
Anadangəlmə bu uzvdən məhrum olan 22 yaşlı Dərya Sərt hamiləliyin ikinci həftəsini yaşayır.
Beləliklə, D.Sərt dünyada donor uşaqlıqla dünyaya körpə gətirən ilk anna ola bilər.
Ötən il oxşar cərrahiyyə əməliyyatı İsveçdə də keçirilib. Ancaq onun uğurlu nəticəsi haqda həkimlər hələ də açıqlama verməyib.