Təbriz və Qəzza qardaşlaşdı
14 aprel 2013 21:47 (UTC +04:00)

Təbriz və Qəzza qardaşlaşdı

İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhəri ilə Fələstinin Qəzza şəhəri qardaşlaşıb.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı aprelin 13-də iki şəhərin bələdiyyə sədrləri arasında protokol imzalanıb.

 

Təbriz Şəhər Bələdiyyəsinin rəhbəri Əlirza Novin bildirib ki, 3500 illik keçmişi olan Təbriz bu gün dünyanın bir çox ölkəsində tanınan şəhərdir: “Təbriz Qəzza ilə yanaşı, Bakı, İstanbul, Kazan və Hamburq şəhərləri ilə də qardaşlaşıb”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1253

Oxşar yazılar