Suriyada döyüşən amerikalı keçmiş əsgər edam olunacaq?
09 aprel 2013 07:49 (UTC +04:00)

Suriyada döyüşən amerikalı keçmiş əsgər edam olunacaq?

ABŞ ordusunun 30 yaşlı keçmiş əsgəri Erik Harrun Suriyada, üsyançı «əl-Nusra Cəbhəsi» tərkibində döyüşdüyü üçün  ölkəsində ya  ömürlük həbs, ya da edam oluna bilər.

 

Lent.az-ın məlumatına görə, bu silahlı dəstə Ağ ev tərəfindən terrorçu təşkilatı elan edilib.

 

 

Onu işinə dair məhkəmə prosesində dövlət ittihamçısı, prokurorluq nümayəndəsi bildirib ki, insan qətlində Harrunun iştirakı təsdiqlənərsə, o zaman barəsində ölüm hökmü çıxarmaq olar.

 

Məlumata əsasən, Federal Təhqiqat Bürosunda dindirilərkən, o, Suriyada 10 nəfərə atəş açıb, ancaq onların ölüb-ölməməsindən xəbərsizdir.

 

ABŞ maraqları uğurunda keçmiş əsgərə görə mübarizə aparan müdafiəçilər bildirib ki, Bəşar Əsədin devrilməsində «əl-Nusra Cəbhəsi» ilə ABŞ-ın istəkləri yaxındır. Bu səbəbdən də onlar E.Harrunun Suriyada döyüşməsini ölkəsinin maraqlarının müdafiəsi kimi dəyərləndiriblər.

Xatırladaq ki,o,iki həftə öncə tutulub.E.Harun 25 əüy "əl-Nusra Cəbhəsində" olub.

# 1346
avatar

Oxşar yazılar