Serbiya Kosovo ilə razılığa gəlmədi
09 aprel 2013 06:24 (UTC +04:00)

Serbiya Kosovo ilə razılığa gəlmədi

Serbiya hakimiyyəti Kosovo ilə münasibəti bərpa etmək haqqında razılaşmanın imzalamaqdan imtina edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, rəsmi Belqrad bu məsələ ilə bağlı yeni danışıqlara başlamaq niyyətində olduğunu da bəyan edib.

 

Avropa Birliyi Serbiyadan istəyir ki, quruma üzv qarşılığında Kosovo üzərində nəzarətdən imtina etsin.

 

Avropa Birliyinin tələbinə cavab olaraq, Serbiya hakimiyyəti bildirib ki, Kosovo ərazisindəki serb icmasına geniş səlahiyyətli muxtariyyat istədikləri üçün bu qurumun bu planını qəbul edə bilməz.

 

Qeyd edək ki, Serbiya və Kosovo nümayəndələri arasında danışıqların 8-ci mərhələsi ötən həftə Brüsseldə başa çatıb. Tərəflər münasibətlərin normallaşması ilə bağlı anlaşa bilməyib.  

# 420
avatar

Oxşar yazılar