Senator:«ABŞ-la İran arasında savaş ola bilər»
30 aprel 2013 00:58 (UTC +04:00)

Senator:«ABŞ-la İran arasında savaş ola bilər»

0

ABŞ senator Lindsi Grem «CBS» telekanalındakı çıxışında bildirib ki, Suriyada kimyəvi silahdan istifadə məsələsinə Vaşinqtonun fəaliyyətsizliyi İranla ABŞ arasında savaşa  və Suriyanın dağılmasına səbəb ola bilər.

 

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, senator deyib:«Əgər biz Suriyaya münasibətdə qərarsız davransaq, onda İranla savaşacağıq».

 

Senator  deyib ki, «Suriyada fəaliyyətsizliyi» Tehran nüvə proqramına ABŞ-ın ciddi yanaşmadığı kimi qəbul edəcək.

 

«ABŞ bu ölkədəki hakimiyyətlə müxalifət arasındakı münaqişəyə münasibətdə kursunun dəyişməzsə, onda ilin sonunadək Suriya dağılmış  və terrorçular üçün cənnət bir dövlətə çevriləcək»-deyə, senator vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 776

Oxşar yazılar