ABŞ-da yaşanan şiddətli soyuq Niaqara şəlaləsini də dondurub.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, ölkədə bir neçə gündür davam edən soyuq hava şəraiti vəziyyəti dözülməz həddə çatdırıb.
21 nəfərin ölümünə səbəb olan, 190 milyon insanı isə çarəsiz duruma salan şaxtalı hava nəticəsində Kanada-ABŞ-ın sərhədində 52 metr hündürlüyündə olan Niaqara şəlaləsinin ABŞ hissəsi tamam, Kanada tərəfdə isə bir hissəsi donub.
Niaqara şəlaləsinin tamamilə donması sonuncu dəfə 1936-cı ildə müşahidə olunub.