Nazarbayevin keçmiş kürəkəni tutulub - YENİLƏNİB
06 iyun 2014 11:21 (UTC +04:00)

Nazarbayevin keçmiş kürəkəni tutulub - YENİLƏNİB

0

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni ( Dariqanın keçmiş əri), ölkəsində adam oğurluğunda ittham olunan Rahat Əliyev ötən gün axşam saatlarında Avstriyanın paytaxtı Vyanada həbs edilib.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən  məlumatına görə, R.Əliyevin həbs ilə bağlı order mayın 19-da yazılıb. Onun təmsilçisi Manfred Aynedter Avstriyanın “APA” Agentliyinə  bildirib ki, keçmiş diplomat könüllü olaraq, təslim olub və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək niyyətindədir.

 

KİV-in məlumatına əsasən, o, son illər Maltada yeni həyat yoldaşının soyadı ilə yaşayıb.

 

Mənbə xatırladıb ki, Qazaxıstanın Avstriyadakı keçmiş səfiri Rahat Əliyev 2008-ci ildə vətənində qiyabi mühakimə olunaraq 40 il azadlıqdan məhrum edilib. O,  “hakimiyyəti ələ keçirməyə cəhd”, “qanunsuz cinayətkar qrupların təşkili”, “adam oğurluğunda” ittiham olunur.

 

2011-ci ildə Vyana məhkəməsi onu Qazaxıstana verməkdən imtina edib.

 

2014-cü ilin yanvarın Qazaxıstan prokurorluğu vəsadət qaldıraraq, R.Əliyev və Milli Təhlükəsizlik Komitəsinin keçmiş başçısı Alnur Musayevə qarşı cinayət işi açıb. Onlar müxalifət təmsilçisi Altınbəy Sərsənbayev, onun sürücsü və mühafizəçisinin qətlinin təşkilində  ittiham edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1721

Oxşar yazılar