Aprelin 14-də Venesuelada növbədənkənar prezident seçkisidir. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, müxalifət hakimiyyəti qanunsuz təbliğat aparmaq suçlyır.
Məlumata əsasən, prezident səlahiyyətlərini iccra edən namizəd Nikolas Maduro mərhum dövlət başçısı Uqo Çavesin məzarını ziyarət edərkən, vətəndaşları səsverməyə çağırıb.
Müxalifətin namizədi Enrike Kapriles onun bu hərkətini qanunun «utanmazcasına pozulması» adlandırıb.
Xatırladaq ki, prezident seçkisi haqqından qanuna əsasən, bu siyasi kampaniyanın keçirilməsinə bir gün qalmış təbliğat qadağan edilir.