Misir məhkəməsi Liviya Cəmahiriyyəsinin keçmiş lideri Müəmmar Qəddafinin əmisi oğlunu Liviyadakı yeni hakimiyyətə təhvil verməkdən imtina edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, məhkəmə Qəddaf əl-Damın iddiasına baxaraq, onun ölkədən deportasiya olunmasını yasaqlayıb.
Qəddaf əl-Dam Misirdən siyasi sığınacaq istəyib. Bundan başqa o, Misir vətəndaşlığı ilə bağlı sənədləri də məhkəməyə verib.
Q.əl-Dam Misirə Liviyadakı qarışlıqlardan öncə qaçıb. Müəmmar Qəddafinin hakimiyyəti illərində o, Misirlə əlaqələr məsələsi ilə də məşğul olub.
Bu il martın 19-da polis onu Qahirənin Zamalik rayonunda həbs edib. O, İnterpolda «insanlığa qarşı cinayət» ittihamı ilə axtarışda olub. Q.əl -Dam bu ittihamla tutulub.