Liviyanın şərqində liman şəhəri Darnada prokuror Məhəmməd əl-Nəəssanin idarə etdiyi avtomobilə quraşdırılan partlayıcı qurğu partlayıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, nəticədə prokuror həlak olub.
Mənbənin xatırlamasına əsasən, bir müddət öncə ölkənin şərqində, Benqazidə iki polis güllənmişdi.
Hüquq müdafiə təşkilatı «Human Rights Watch» bildirib ki, 2012-ci ildən bəri 50 yaxın insan siyasi sifarişlərin qurbanı olub.
Müşahidəçilərin fikrincə, Müəmmər Qəddafi devrildikdən sonra yeni hakimiyyət ölkədə sabitliyi qoruya bilmir.
Silahlı qruplaşmalara başçılıq edənlərdən birinin Liviya daxili işlər nazirinin olduğu da bildirilir.