ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton ölkəsinin dünyadakı rolu barədə kitab yazmaq niyyətindədir.
Lent.az-ın «İnterfaks»a istinadən məlumatına görə,o, kitabda Üsamə bin-Ladenin öldürülməsi, «ərəb baharı» hadisələri, ABŞ-ın İraq və Əfqanıstanla münasibətləri, Çinin artan təsiri kimi məsələlərə toxunacaq.
«Bu kitab dünyada baş verənlər və Amerikanın bugünkü yeri ilə maraqlananlar üçün əvəzolunmaz olacaq»- deyə, kitabı şəxsən redaktə edəcək «Simon & Schuster Publishing Group» nəşriyyat evinin rəhbəri Conatan Karp deyib.
Hillari Klintonun kitabının 2014-cü ilin yayında işıq üzü görəcəyi nəzərdə tutulub.