İndoneziyanın şərqində Rixter şkalası üzrə 5.3 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, yeraltı təkanların episentri Molukk əyalətinin Tual şəhərindən 167 km cənub-qərbdə olub.
Xəsarət alanlar və dağıntılar, eləcə də sunaminin olacağı haqda əlavə məlumatlar verilməyib.