Fransız nazirlər gəlirlərini açıqlamağa  başlayıb
16 aprel 2013 06:53 (UTC +04:00)

Fransız nazirlər gəlirlərini açıqlamağa  başlayıb

0

Fransa hökumətinin üzvləri şəxsi gəlir və maliyyə durumları ilə bağlı məlumatı dərc etməyə başlayıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, prezident Fransua Ollandın məsələ ilə bağlı sərəncamının müddəti bir həftədən sonra başa çatır.

 

Ötən həftənin ortalarında hakimiyyət «maliyyə şəffaflığı»nın artırılması üçün bir sıra tədbirlər planı keçirməyə başlayıb.

 

Prezident Ollanda onu bildirib ki, bütün siyasətçilərin öz gəlirləri barədə davamlı olaraq, mətbuata açıqlama vermələrinə aid qanunun qəbul olunacağı da mümkündür.

 

Xatırladaq ki, bu ilin martında keçmiş büdcə naziri Jero Kaüzak xarici ölkə banklarında gizli bank hesablarının olduğunu etiraf edib. Vergidən yayınmaq maddəsi ilə ona qarşı cinayət işi açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 606

Oxşar yazılar