Ərdoğanın nələri var? - SİYAHI
09 yanvar 2014 12:50 (UTC +04:00)

Ərdoğanın nələri var? - SİYAHI

Türkiyənin baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın əmlakı açıqlanıb. Lent.az-ın məlumatına görə, AK partiyanın mətbuat katibi Hüseyin Çelik Ərdoğanın əmlakının “Başbakanlık.gov.tr” saytında qoyulduğunu bildirib.

 

Həmin saytda 2011-ci il iyunun 16-a olan məlumata əsasən, baş nazirin Güneysu-Dumankaya kəndində 10 min lirə dəyərində 2000 kvadratmetrlik torpaq sahəsi, banklarda 3.390.384 lirə, 25000 funt sterlinq və 199.867 dollar əmanəti və 500000 lirə alacağının olduğu yazılıb.

 

Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu Ərdoğandan əmlakını açıqlamasını tələb edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3197

Oxşar yazılar