Dünyada hərbi xərclər azalıb
16 aprel 2013 07:43 (UTC +04:00)

Dünyada hərbi xərclər azalıb

0

Dünya problemlərini araşdıran Stokholm  İnstitutu maraqlı açıqlama yayıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,həmin hesaba əsasən, son 15 ildə ilk dəfə dünyada silaha xərclərdə azalma müşahidə olunub.

Hesabatda bildirilib ki,ötən il  qərb dövlətləri diqqəti daha çox iqtisadiyyata yönəltdiyi halda, şərq ölkələri isə hərbi xərcləri artırıb.

 

Bütövlükdə 2012-ci ildə  dünyada silahlanmaya 1,75 trilyon dollar xərclənib. Bu da 2011-ci ildəki xərclərdən  0,5 faiz azdır.

 

Dünyada ABŞ, Çin, Rusiya və Yaxın Şərq dövlətləri silahlanmaya xərclər üzrə liderdirlər. Dünyada silah xərclərinin 39 faizi ABŞ-ın payına düşür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 581

Oxşar yazılar