Duma seks xidmət reklamını yasaqlaya bilər
16 aprel 2013 07:11 (UTC +04:00)

Duma seks xidmət reklamını yasaqlaya bilər

0

Rusiya Dövlət Duması sədrinin müavini, «Vahid Rusiya» blokunun nümayəndəsi Sergey Jeleznyak aşağı palataya seks xidməti ilə bağlı KİV-də elanların yerləşdirilməsinin yasaqlanması barədə qanun layihəsi təqdim edib.

 

Lent.az-ın məlumatına görə, sənəddə yasağı pozanların cərimələnməsi nəzərdə tutulub.

 

Qanun layihəsi təşəbbüsçüsünün qənaətincə, belə elanlar cəmiyyətini mənəvi dəyərlərinə mənfi təsir göstərir, eləcə də fahişəliklə bağlı cinayətlərin yayılmasına şərait yaradır.

 

Jeleznayak bildirib ki, belə məhdudiyyətlər bölgələrdəki qanunverici orqanlarda – Çuvaş Respublikası, Həştərxan, Belqorod, Volqoqrad, Kalininqrad və Tümen vilayətlərində qəbul edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1487

Oxşar yazılar