Çilinin keçmiş prezidenti Mişel Baçelet müxalifətin yerinə prezidentliyə namizəd kimi seçki kampaniyasına başlayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, aprelin 13-də mitinqdə çıxışı zamanı o, prezident seçiləcəyi halda bütün vətəndaşlar pulsuz təhsil alacaq.Baçelet Ana Yasanı yenidən yazacaqlarını bildirib.
Müxalifət düşərgəsindən daha üç namizəd prezident postu uğrunda mübarizə aparır.
Mişel Baçelet Çili tarixində 2006-cı ildə ilk dəfə prezident olub.
Yüksək reytinqinə baxmayaraq, 2010-cu ildə o, bu postu təhvil verib. Çili qanunlarına əsasən, bir nəfər ardıcıl iki dəfə prezident ola bilməz. O vaxtdan bəri Baçelet Nyu-Yorkda BMT-nin mənzil –qərargahında işləyib.