BMT: «Əfqanıstanda bu il bol xaşxaş olacaq»
17 aprel 2013 05:51 (UTC +04:00)

BMT: «Əfqanıstanda bu il bol xaşxaş olacaq»

Bu il Əfqanıstanda rekord miqdarda xaşxaş tiryəki məhsulu toplanacağı gözlənilir.

 

Lent.az-ın «nyusru.som»-a istinadən məlumatına görə, bu haqda BMT-nin narkotik cinayətlər üzrə İdarəsinin təmsilçisi belə bir yekun məruzə nəşr etdiriblər.

 

Əfqanıstan dünyada tiryək istehsalına üzrə lider sayılır. Bu narkotik maddənin 90 faizinin ixarc olunduğu da qeyd olunub.

 

Xaşxaş tiryəki həm də heroinin istehsalı üçün başlıca ünsür sayıldığından da təhlükəli hesab olunur.

 

 

Almaniyada çıxan «Der Spiegel» qəzetinin yazdığına əsasən, Əfqanıstana 34 əyalətindən 20 də xaşxaş əkilir. 3 il öncə bu işlə məşğul olan əyalətlərin sayı 14 olub.

 

Komissiyanın qənaətincə, məhsulun dəqiq həcmi bilinməsə də 154 min ha sahəyə bu narkotik bitkinin səpildiyi bildirilib.

 

Xaşxaş tiryəki yerli əhalinin qısa bir zamanda pul qazanmasına səbəb olur.Bu narkotik maddənin bir kiloqramını 100 dollara satırlar. Sifarişçilər əkinçilər üçün bütün şəraiti də yaradır, hətta bir sıra hallarda onlara kredit belə verirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1157

Oxşar yazılar