Ankara və Qahirə NATO-nun təklifindən imtina edib
14 aprel 2013 05:11 (UTC +04:00)

Ankara və Qahirə NATO-nun təklifindən imtina edib

NATO-nun təşəbbüsü ilə İsrail və 6 ərəb dövləti xarici işlər nazirləri  görüşünün bərpasını rəsmi  Ankara və Qahirə dəstəkləməyib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «Aralıq dənizi dövlətlərinin dialoqu» adlanan bu layihə 2008-ci ilədək davamlı olaraq keçirilib.

 

Türkiyədə çıxan «Hürriyyət» qəzeti NATO-dakı mənbəyinə əsaslanaraq, bildirib ki, qurumun baş katibi Andres Rasmussen bu görüşü aprelin 23-də keçirilməsini planlaşdırıb. Ancaq Türkiyə tərəfi belə görüşün keçirilməsinin vaxtı çatmadığını əsas göstərərək, təklifdən imtina edib.

 

Layihəyə 2004-cü ildən İsrail, Misir, Mərakeş, Tunis, Mavritaniya, Əlcəzair və İordaniyanın iştirakı ilə gerçəkləşdirilməyə başlanılıb. Xarici işlər nazirlərinin sonuncu görüşü 2008-ci ildə olub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1151

Oxşar yazılar