«Konsern «Kalaşnikov»» Açıq Tipli Səhmdar Cəmiyyətinin qeydiyyatı proseduru başa çatıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda baş nazirini müavini Dmitiri Roqozin öz «Twitter» səhifəsində açıqlama verib.
Bir müddət öncə sentyabrın 18-dən sonra şirkətin işləyəcəyi haqda məlumat yayılmışdı.
Hələ 2012-ci ilin noyabrında D.Roqozin «İjmaş» və «İjmex» silah-maşınqayırma müəssislərindən İjevsk şirkətlər birliyi yaradılmasını təklif etmiş və onu «Kalaşnikov» adlandırmışdı. Baş nazirini müavini onda bildirmişdi ki, «İjmaş» və «İjmex»-dən fərqli olaraq, «Kalaşnikov» tanınmış addır.
Qeyd edək ki, avtomat Kalaşnikov dünyanın tanınan silahlarındandır. Bəzi məlumatlara əsasən, dünyadakı odlu silahların 20 faizə yaxını bu tipə aiddir.