Ukraynanı Təhlükəsizlik Xidməti xarici və ölkə vətəndaşlarının bank hesablarından pul oğurlanmaqda şübhəli bilinən 38 yaşlı Kiyev sakinini saxlayıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, 2008-ci ildən bu işlə məşğul olurmuş. Təhlükəsizlik xidməti bildirib ki, o, internetdə «4X4» və «Stalin» şərti adları altında qeydiyyatdan keçib. 2013-cü ildə cinayət törətdiyi üçün tutulub.
Yaşadığı mənzildə aparılan axtarış zamanı ondan odlu silah, özəl avadanlıqlı kompüter də müsadirə olunub.
Təhlükəsizlik xidməti onun 2008-ci ildən bəri 9 milyon dollar oğurladığını ehtimal edir.