Vulkan püskürdü, 2000 insan...
05 dekabr 2022 02:56 (UTC +04:00)

Vulkan püskürdü, 2000 insan...

İndoneziyanın Yava adasında Semeru vulkanı püskürüb.

Lent.az BBC-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq 2000-ə yaxın insan təxliyə olunub.

Püskürmədən sonra 1,5 kilometr hündürlükdə vulkan külü yayılıb.

Bunun insanlarda yaradacağı təsirləri azaltmaq üçün ətrafda yaşayanlara 20 mindən çox tibbi maska paylanılıb.

Xatırladaq ki, Semeru vulkanı sonuncu dəfə bir il bundan öncə püskürüb.

# 1542
avatar

Oxşar yazılar