Uşaq işləri naziri 15 yaşlı oğlandan  uşaq doğub - İSTEFA VERDİ
22 mart 2025 19:25 (UTC +04:00)

Uşaq işləri naziri 15 yaşlı oğlandan uşaq doğub - İSTEFA VERDİ

İslandiyanın uşaq işləri naziri Astildur Lova Thorsdottir istefa verib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Thorsdottir etiraf edib ki, 30 il əvvəl 15 yaşlı oğlanla romantik münasibətdə olub. Həmin vaxt onun 22 yaşı varmış və dini təşkilatda işləyirmiş.

Orada bir yeniyetmə ilə tanış olub, sonra onu aldadıb. Bir il sonra Thorsdouttir həmin oğlandan uşaq dünyaya gətirib.

İslandiyanın Baş naziri Kristrun Frostadouttir bu məsələ ilə bağlı etibarlı məlumatı yalnız cümə axşamı, martın 20-də aldığını iddia edir. O, dərhal Thorsdottiri ofisinə çağırıb. Söhbətdən sonra Thorsdottir istefa vermək qərarına gəlib.

Åstildur Lova Thorsdottirin 58 yaşı var. O, Reykyavikdə anadan olub və siyasi karyerasından əvvəl müəllim işləyib. 2021-ci ildə o, İslandiya parlamentinə seçilib. 2024-cü ilin dekabrında Thorsdouttir hökumətə qoşulub və Təhsil və Uşaq İşləri Nazirliyinə rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 65729

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26