ABŞ prezidenti Donald Tramp Vaşinqtonun küçələrindəki evsizlərin dərhal şəhərdən uzaqlaşdırılması niyyətində olduğunu bəyan edib.
APA xəbər verir ki, bu barədə Tramp Truth Social platformasında yazıb.
“Sabah Ağ Evdə mətbuat konfransı keçiriləcək. Paytaxtımızı indiyə qədər olduğundan daha təhlükəsiz və gözəl edəcəyəm. Evsizlər dərhal getməlidir. Onlara yaşayış yerləri təqdim edəcəyik, amma paytaxtdan uzaqda”, – deyə yazıb.