Timsahlar sərxoş kişini parçaladı
12 fevral 2025 12:54 (UTC +04:00)

Timsahlar sərxoş kişini parçaladı

Kubada timsahlar sərxoş adamı parçalayıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə fevralın 7-də timsah fermasının yerləşdiyi Matanzas əyalətinin Boka de Quama turizm mərkəzində baş verib. 

Hadisə şahidlərinin sözlərinə görə, həmin sərxoş mərkəzin ərazisində olub. Qəflətən alt paltarını soyunub və timsahlarla dolu olan gölə atlayıb. Dərhal heyvanlar onu parçalayıblar. Sonradan məlum olub ki, həmin adamın adı Pablodur, soyadı açıqlanmır.

“Hər şey gözümün qabağında olub. Mən orada işləyirəm, o da içəri girdi. O, sərxoş idi. Bu, indiyə qədər gördüyüm ən qorxunc mənzərədir. Bu kabus başımdan çıxa bilmir. 1959-cu ildə bura açılandan bəri belə hadisə baş verməyib” deyə fermanın işçisi Kevin Fernandez bildirib.

Pablonun yaxınları bildiriblər ki, onun həqiqətən timsahlara tərəf tullandığını, yoxsa hasarın kənarında sürüşüb-sürüşdüyünü hələ bilmirlər. Kişinin bacısı qızı baş verənlərdən bütün ailənin şoka düşdüyünü bildirib. O, fermada lazımi təhlükəsizlik tədbirlərinin olub-olmadığını araşdırmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2655

Oxşar yazılar

“Hər şey çox gözəl olacaq”  deyən uşaq da saxlanıldı

“Hər şey çox gözəl olacaq” deyən uşaq da saxlanıldı

26 mart 2025 , 11:36
Yanğın söndürən helikopter qəzaya uğradı

Yanğın söndürən helikopter qəzaya uğradı

26 mart 2025 , 08:42
Gəmi qəza etdi, 13 nəfər  öldü

Gəmi qəza etdi, 13 nəfər öldü

26 mart 2025 , 07:35
Britaniya ordusunu gücləndirir

Britaniya ordusunu gücləndirir

26 mart 2025 , 05:20
Meşə yanğınları 16 nəfərin  canını aldı

Meşə yanğınları 16 nəfərin canını aldı

26 mart 2025 , 04:11
Fransada iki təyyarə toqquşdu-VİDEO

Fransada iki təyyarə toqquşdu-VİDEO

25 mart 2025 , 22:05
Nadir məqam:   Kraliça II Yelizaveta Trampla necə zarafat edir

Nadir məqam: Kraliça II Yelizaveta Trampla necə zarafat edir

25 mart 2025 , 15:26
İranda 20-dən çox azərbaycanlı milli fəal  həbs edildi

İranda 20-dən çox azərbaycanlı milli fəal həbs edildi

25 mart 2025 , 11:41