Ticarət mərkəzinə gəldi, mətbəx bıçağı ilə  4 nəfəri yaraladı
23 may 2024 06:23 (UTC +04:00)

Ticarət mərkəzinə gəldi, mətbəx bıçağı ilə 4 nəfəri yaraladı

Honq-Konqda ticarət mərkəzinə gələn 4 nəfər mətbəx bıçağı ilə silahlanmış şəxsin hücumuna məruz qalıb.

Lent.az “South China Morning Post”a istinadən xəbər verir ki, hadisə şəhərin şimalındakı “Shui Chuen O Plaza” ticarət mərkəzində yerləşən yeməkxanalardan birində baş verib.

Cinayətkar ilkin olaraq kassir qadına hücum edib. Daha sonra o, qadının köməyinə gələn şəxslərə hücum edib.

Nəticədə hücum edən şəxs saxlanılaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1461
avatar

Oxşar yazılar