Fransa polisi məktəbdə terror hazırlamaqda, habelə təhsil müəssisəsinin işçilərini ölümlə hədələməkdə şübhəli bilinən 16 yaşlı yeniyetməni saxlayıb.
Lent.az xəbər verir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.
“Yeniyetmə Bordo yaxınlığında Senon kommunasındakı evində saxlanılıb. O, təhsil müəssisəsini terror aktı ilə, müəllimləri və liseyin rəhbərliyini ölümlə hədələməkdə şübhəli bilinir", - məlumatda deyilir.
Bildirilir ki, məktəbli günahını qismən etiraf edib.