Terror təşkilatının rəhbərlərindən biri öldürüldü
19 mart 2023 13:07 (UTC +04:00)

Terror təşkilatının rəhbərlərindən biri öldürüldü

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Hələb və Tel-Rıfat bölgələri üzrə maliyyə məsələlərinə məsul nümayəndəsi “Hamza Kobani” kod adlı Mehmet Yıldırımı zərərsizləşdirib.

Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Hələbin Şeyx Maqsud bölgəsində həyata keçirilən əməliyyatla zərərsizləşdirilən Mehmet Yıldırım 1986-cı ildə PKK terror təşkilatına qatılıb.

Mehmet Yıldırım Türkiyə və İraqda terror fəaliyyətlərindən sonra 2015-ci ildə Suriyaya keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379
avatar

Oxşar yazılar