Rusiyada ağır qəza:  11 ölü, onlarla itkin - YENİLƏNİB
25 noyabr 2021 11:33 (UTC +04:00)

Rusiyada ağır qəza: 11 ölü, onlarla itkin - YENİLƏNİB

0

Kemerovo vilayətinin Belovo şəhəri yaxınlığında yerləşən Listvyajnaya şaxtasında baş vermiş hadisə nəticəsində ölənlərin sayı açıqlanıb. Vilayətin qubernatoru Sergey Sivilovun dediyinə görə, 11 şaxtaçı həyatını itirib. Onlarla fəhlədən isə məlumat yoxdu.

 

*10.38

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhəri yaxınlığında yerləşən şaxtada qəza baş verib. 

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Listvyajnaya şaxtasında baş vermiş hadisə nəticəsində 49 fəhlə itkin düşüb. 

İlkin informasiyaya görə, 236 nəfərin həyatını xilas etmək mümkün olub. Onlardan 2-nin vəziyyəti ağırdır. Digərlərinin yeri hələ müəyyən olunmayıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1871

Oxşar yazılar