Rusiya KİV-ləri “YouTube”-dan pul qazana bilməyəcək
27 fevral 2022 09:37 (UTC +04:00)

Rusiya KİV-ləri “YouTube”-dan pul qazana bilməyəcək

“Google” şirkəti Rusiya dövlət KİV-lərinə qarşı sanksiyalar tətbiq edib.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, “Google” “YouTube” də daxil olmaqla, öz platforma və əlavələrində Rusiya KİV-ləri üçün monetizasiyanı dayandırıb.

Beləliklə, artıq Rusiya KİV-ləri “Google Tools” üzərindən reklam ala bilməyəcək, yaxud “Google” platformalarında reklam yerləşdirə bilməyəcək.

Qeyd edək ki, bundan əvvəl “Facebook” şirkətinə məxsus “Meta” Rusiya dövlət KİV-lərinin reklamlarına qadağa qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Oxşar yazılar