ABŞ-ın Florida ştatında avtomobildə porno filmlərə baxan polis park edilmiş avtomobilə çırpılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, daxili araşdırma zamanı məlum olub ki, Şerifin müavini Tristan Makumber patrul avtomobilini idarə edərkən dayanacaqda dayanmış mülki avtomobilə çırpılıb. Zabit əvvəlcə avtomobilin əyləclərinin işləmədiyini deyib.
Lakin kamera görüntülərində kişinin toqquşmadan əvvəl telefonuna baxdığı görünür. Bundan sonra Makumber daha bir açıqlama verərək, sms-ləri yoxladığını desə də, sonradan pornoya baxaraq fikrinin yayındığını etiraf edib.
Məlumata görə, polis hadisədən sonra istefa verib.