Prokuror 7 il 10 ay 15 gün  iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
17 yanvar 2025 17:17 (UTC +04:00)

Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA

Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Nağı Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Dövlət ittihamçısı Tural Yaqubov məhkəmədən təqsirləndirilən şəxsin 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkil müdafiə çıxışı üçün vaxt istəyib. 

Proses fevralın 7-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, Nağı Quliyev aralarında yaranmış mübahisə zamanı Əlisakit Məmmədovaya bıçaq zərbəsi vurub.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 885
avatar

Orxan Rasifoğlu

Oxşar yazılar