Dalyan Tibb Universitetindən olan çinli alimlərdən ibarət bir qrup araşdırma aparıb və məlum olub ki, orta səviyyədə pivə istehlakı bağırsaq sağlamlığına və daha güclü immunitet sisteminə müsbət təsir göstərə bilər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, polifenollar, lif və pivənin digər komponentləri bağırsaq mikrobiomunun tərkibini yaxşılaşdıraraq faydalı bağırsaq bakteriyalarının böyüməsini təşviq edə bilər.
Alimlər qeyd ediblər ki, pivə köhnə fermentləşdirilmiş içki kimi amin turşuları, vitaminlər, mikroelementlər və orqanizmin fizioloji funksiyalarına müsbət təsir göstərən digər maddələrlə zəngindir.
Səməni və serbetçiotunun tərkibində olan polifenollar bağırsaq mikrobiomu ilə qarşılıqlı əlaqədə mühüm rol oynayır. Onlar pivə substratlarının çevrilməsində, bioloji aktiv məhsulların formalaşmasında iştirak edir və bağırsaqlarda mikroorqanizmlərin tərkibinə təsir göstərirlər. Pivənin bəzi komponentləri probiyotiklərdən daha güclü təsir göstərə bilər.
Tədqiqatçılar həmçinin hesab edirlər ki, alkoqolun bağırsaq mikrobiomuna təsirinin, xüsusən təhlükəsiz istehlak kontekstində əlavə öyrənilməsinə ehtiyac var. Onlar vurğulayırlar ki, pivənin faydaları yalnız orta dərəcədə spirt istehlakı ilə bağlıdır.

Pivədə unikal müalicəvi xüsusiyyəti tapıldı - ARAŞDIRMA
Oxşar yazılar

Tərəvəzləri bostandan yığıb yumadan yemək olar?
7 iyul 2025 , 14:41
Kişilər üçün ən kritik yaş AÇIQLANDI: Ehtiyatlı olun
7 iyul 2025 , 11:41
"Bu yaşdan yuxarı qadınlar 3 ildən bir müayinə olunmalıdırlar" - HƏKİMLƏ MÜSAHİBƏ
7 iyul 2025 , 11:27
Dondurmanı necə yesək boğazımız ağrımaz?
7 iyul 2025 , 10:58
Plastiklərdəki kimyəvi maddə ürək ölümü riski yaradır
7 iyul 2025 , 03:21
Sağlam qalmaq üçün oturaq işdə saatda neçə dəfə ayağa qalxmalısınız?
5 iyul 2025 , 13:21
Kişi son dərəcə nadir virusdan öldü: Bu necə baş verib?
5 iyul 2025 , 09:31