Rumıniya sakini xəstəxana meyitxanasından üç insane ayağını oğurlayaraq qaçıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, yanvarın 13-də Buxarestdəki Kantakuzino Xəstəxanasının rəhbərliyi polisə müraciət edərək, naməlum şəxsin qapalı əraziyə girib bir neçə amputasiya edilmiş əzaların olduğu çantanı götürməsi barədə məlumat verib. Sonradan ayaqlardan biri tibbi tullantılar olan çənin yanında, digəri isə yaxınlıqdakı küçədə tapılıb.
Qəribə oğru kamera görüntülərinə yaxalanıb. Kişi maska, qara pencək və idman şalvarında olub. O, meyitxana bölməsinin birində içərisində insane ayaqları olan iki çanta götürüb. O, çantalardan birini xəstəxananın girişinə atıb.
Polis bir neçə gündən sonra cinayətkarı yaxalaya bilib. Dindirmə zamanı o, plastik butulkaları təkrar emal etmək və bunun müqabilində pul almaq üçün oğurlamağa hazırlaşdığını bildirib. Onun sözlərinə görə, çantaları götürən zaman içərisində nə olduğunu bilməyib.
Xəstəxana amputasiya olunmuş şəxslərə səhlənkarlıq göstərdiyinə görə 885 avro cərimələnib. Xəstəxana rəhbərliyi meyitxananın niyə bağlanmadığını öyrənmək üçün daxili araşdırma aparır.