Böyük Britaniyada 37 yaşlı bir müəllim şagirdə təcavüz etdiyinə görə ömürlük müəllimlikdən uzaqlaşdırılıb.
APA xəbər verir ki, bu barədə “The Cornish Times” məlumat yayıb.
Kornuolldan olan 37 yaşlı Lüsi Laptorn peşəsini itirib. Belə ki, məktəbin təhsilə nəzarət agentliyində keçirilən dinləmə zamanı qadın günahını tam etiraf edərək, şagirdlə bir neçə dəfə cinsi əlaqədə olduğunu açıqlayıb.
O, davranışının cinayət və bağışlanmaz olduğunu etiraf edərək, dərin peşmanlıq hissi keçirdiyini bildirib.
Komissiya üzvləri dinləmədən sonra belə qənaətə gəliblər ki, Lapthorn yenidən oxşar qanun pozuntusuna yol verəcək.
Keçmiş müəllimə qeyri-müəyyən müddətə məktəblərdə, kolleclərdə və digər təhsil müəssisələrində dərs demək qadağan edilib.
Ona, həmçinin qadağanın aradan qaldırılması üçün ərizə vermək də qadağandır.