Qəzzada atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəcək. Razılaşma üç mərhələdən ibarət olacaq, birinci mərhələ 42 gün davam edəcək.
Lent.az xəbər verir ki, bu barədə HƏMAS hərəkatı ilə İsrail arasında aparılan danışıqlarda vasitəçi qismində cəlb olunan Qətər, Misir və ABŞ-nin bəyanatında deyilir.
“Misir Ərəb Respublikası, Qətər Dövləti və Amerika Birləşmiş Ştatları Qəzzada münaqişə tərəflərinin girovların məhbuslarla dəyişdirilməsi və daimi sabitliyə dair razılığa gəldiklərini elan ediblər. Eyni zamanda tərəflər 2025-ci il yanvarın 19-da qüvvəyə minən daimi atəşkəs haqqında razılığa gəliblər.”, - bəyanatda deyilir.