İmişlidə balıq tutan 58 yaşlı kişi Araz çayında boğulub
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Araz çayının İmişli rayonunun Şəmmədli kəndi ərazisində baş verib.
İmişli sakini, 1967-ci il təvəllüdlü Süleymanov Rizvan İmran oğlu çayda balıq tutarkən boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.