Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi
15 yanvar 2025 19:09 (UTC +04:00)

Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi

Azərbaycanda ali təhsil alan İran vətəndaşlarının fahişəliklə məşğul olduğu müəyyən edilib. 

Lent.az xəbər verir ki, "MOUZE" teleqram kanalı bununla bağlı şok faktlar əldə edib.

Məlumatda qeyd olunur ki, bu tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər.

Onların burda ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları  bəlli olub. 

Məlumata görə, həmin qadınlardan 11 nəfərin Azərbaycana girişinə qadağa qoyulub, 5 nəfər isə ölkədən deport edilib. 

Kanal yaxın vaxtlarda məsələ ilə bağlı ətraflı məlumat yayacağını anons edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Oxşar yazılar