Mərkəzi Hərbi Hospitalın həkimi qazdan boğulub öldü
17 yanvar 2025 13:16 (UTC +04:00)

Mərkəzi Hərbi Hospitalın həkimi qazdan boğulub öldü

Mərkəzi Hərbi Hospitalın tanınmış həkimi, lor-cərrah Gündüz Məmmədov bədbəxt hadisə nəticəsində vəfat edib.

Lent.az xəbər verir ki, o, Şamaxıdakı evində qaz sızması nəticəsində dünyasını dəyişib.

Hadisə baş verən vaxt G.Məmmədovun evdə tək olduğu bildirilib.

Məlumata görə, həkim Bakıdan ezamiyyətə yola düşüb, bir gün Şamaxıdakı bağında qalıb oradan Gəncəyə getməyi planlaşdırırmış./medicina.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659
avatar

Oxşar yazılar