İstanbulda saxta spirtli içkidən ölənlərin   sayı 33-ə çatdı
17 yanvar 2025 08:20 (UTC +04:00)

İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 33-ə çatdı

İstanbulda saxta spirtli içkidən zəhərlənərək xəstəxanaya müraciət edən 88 nəfərdən 33-ü dünyasını dəyişib.

APA xəbər verir ki, hadisə ilə bağlı şübhəli şəxs qismində saxlanılan 15 nəfərdən 4-ü həbs edilib.

Məlumata görə metanoldan zəhərlənən xəstələrdən 4 nəfərin müalicəsi başa çatdıqdan sonra evə buraxılıb.

Xəstəxanaya yerləşdirilən 48 xəstədən 29-u süni nəfəs aparatına qoşularaq müalicəsi davam etdirilir.

Xəstələrdən biri müalicədən imtina edib, ikisi isə icazəsiz xəstəxananı tərk edib.

Son iki həftədə həyata keçirilən əməliyyatlarda isə təxminən 33 ton saxta spirt ələ keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687
avatar

Oxşar yazılar