Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən  şəxs həbs edildi
29 mart 2024 06:58 (UTC +04:00)

Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi

ABŞ-da özünü din xadimi kimi təqdim edib ölkəni gəzərək on qadınla evlənən kişi həbs edilib. 

Lent.az xəbər verir ki, bu barədə “Daily Star” yazıb.

Belə ki, Sosial mediada özünü səyahətçi din xadimi kimi təqdim edən və ölkənin hər yerində arvad alan Orlando Kolman, Birləşmiş Ştatları gəzərək dini icmalardan olan qadınları aldadaraq onlarla evləndib.

Kolmalın ilk qalmaqalı hələ 2021-ci ildə baş verib.  Texas ştatının Hyuston şəhərindən olan arvadı onun Virciniya ştatında bir qadından pul aldığını öyrənib. Xanımlar bir biri ilə əlaqə saxladıqdan sonra ikisinin də Kolmanın həyat yoldaşları olduğunu öyrənirlər. Onlar daha sonra polisə müraciət edirlər. 2023-cü ilin iyulunda Kolman ikiarvadlılıqda günahını etiraf edib və şərti cəzaya məhkum edilib. 

Ancaq cəmi iki ay sonra Kolman yenidən evlənir. Sonradan məlum olur ki, o, 2019-cu ildən bəri müxtəlif kilsələrin ən azı on qadını ilə evlənib.

Mart ayında Koulman sınaq müddətini pozduğuna görə üç il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3300
avatar

Oxşar yazılar