Milyarder Roman Abramoviç Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyanın lideri Vladimir Putinə məktub gətirib.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Times” jurnalı məlumat yayıb.
Məlumata görə, Roman Abramoviç Zelenskinin şərtlərini Putinə çatdırıb. Bundan sonra Putinlə görüşən Abramoviç Moskvanı tərk edərək İstanbula qayıdıb.
Qeyd edək ki, Ukrayna və Rusiya nümayəndələrinin görüşü bu gün İstanbulda baş tutacaq.