Londonda iranlı jurnalist bıçaqlandı
30 mart 2024 12:37 (UTC +04:00)

Londonda iranlı jurnalist bıçaqlandı

Londonda işləyən və yaşayan İran Beynəlxalq Televiziyasının jurnalisti Puria Zeraati bıçaqlanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 30 yaşlı jurnalist yaşadığı evin yaxınlığında hücuma məruz qalıb. Kişi ayağından yaralanıb. Həkimlərin sözlərinə görə, onun həyatı üçün təhlükə yoxdur.

İlkin məlumata görə, Puria Zeraati işə gedərkən tanımadığı şəxs ona yaxınlaşaraq söhbət edib. Bu zaman başqa bir şəxs jurnalistin arxasına keçərək ona hücum edib.

Keçən ilin dekabrında İran hakimiyyəti mərkəzi ofisi Londonda yerləşən İran Beynəlxalq təşkilatını “terror təşkilatı” elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2892
avatar

Oxşar yazılar