“Pop Mart” şirkətinin rəhbəri Van Nin dünyanın ən varlı insanları siyahısında 85-ci yeri tutub.
Lent.az xarici mediaya istinadla bildirir ki, Labubu kuklalarının yaradıcısı Van Nin 38 yaşında dünyanın ən zəngin 100 insanı siyahısına daxil olub. Reytinqə görə, onun ümumi sərvəti 26,5 milyard dollardır.
Nin bu göstərici ilə Rusiya biznesmenləri olan “Lukoil”in səhmdarı Vahid Ələkbərovu və “PayPal”ın qurucusu Piter Tili geridə qoyub. Cəmi bir il ərzində onun sərvəti 20 milyard dollar artıb.